“Beynəlxalq Tələbə Gənclər Həftəsi”nin yekun tədbiri keçirilib

111

NUHÇIXAN xəbər verir ki, Gənclik Mərkəzində “10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi”nin  yekun tədbiri keçirilib, təşkil olunan intellektual, əyləncəli və idman yarışlarının qalibləri mükafatlandırılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin əməkdaşı Tural Rzayev muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, yaradıcılıq potensiallarının üzə çıxarılmasının və fiziki inkişaflarının daim diqqət mərkəzində olduğunu qeyd edib.

Qeyd olunub ki, muxtar respublikada gənclər siyasətinin daha bir bəhrəsi isə Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin “Gənclər paytaxtı” seçilməsidir. Naxçıvan gəncləri 2018-ci ildə yaradılan bu tarixi imkandan səmərəli istifadə edir, qədim şəhərin tanıdılmasında fəallıq göstərir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirinin müavini Məcid Seyidov tələbə-gənclər həftəsinin tarixinə nəzər salıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti uğurla davam etdirilir, gənclər siyasətinin bütün istiqamətləri üzrə dövlət proqramları icra olunur.

Sonra  “Beynəlxalq Tələbə-Gənclər Həftəsi” çərçivəsində gənclər arasında təşkil olunan  “Xəmsə”, muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında keçirilən “Azərbaycanı tanı” intellektual oyunlarının, eləcə də şən və hazırcavablar müsabiqəsinin, stolüstü tennis, badminton, voleybol və yüngül atletika üzrə keçirilən birinciliklərin qalibləri mükafatlandırılıb.

Sonda Naxçıvan Musiqi Kollecinin kollektivi rəngarəng musiqi nömrələri ilə tədbirdə  çıxış edib.

   Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: