Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

251

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti və iş prinsipləri haqda mühazirə demək üçün cəmiyyətin hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova Naxçıvan Dövlət Universitetinə dəvət edilib. İki gün davam edən mühazirələrdə tələbələrə dünyanın 80-dən çox ölkəsində humanitar məqsədlə fəaliyyət göstərən təşkilat haqda məlumat verilib.

Bildirilib ki, Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Qızıl Xaç Komitəsi 1863-cü ildə yaradılıb. Komitə Cenevrə Konvensiyalarının və beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsasında duran, müharibə və silahlı zorakılıqların qurbanlarına humanitar yardım göstərən və onları müdafiə edən müstəqil, neytral təşkilatdır.

Mühazirənin ilk günündə əsas diqqət komitənin Azərbaycandakı fəaliyyətinə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığına həsr olunub. Mühazirənin ikinci günündə isə Beynəlxalq Humanitar Hüquq haqda danışılıb.

Sonda “Müharibə qanunları” qısametrajlı film nümayiş olunub. Qarşılıqlı fikir mübadiləsi şəklində təşkil edilən mühazirələrdə müəllim və tələbələrin mövzu ilə bağlı sualları dinlənilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: