“Beşiktaş” klubunun futbolçuları Azərbaycan millisinə dəvət olunublar

252

Noyabrın 15-də “Dalğa Arena”da Ukrayna, 19-da isə Zeniça şəhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, heyətdə Kamran İbrahimov (“Neftçi”), İsmayıl Muradov (MOİK), Hüseynəli Quliyev (“Sabah”), Amin Seydiyev (“Qəbələ”), Ömər Buludov, Ricat Qarayev (hər ikisi “Neftçi”), Hüseyin Seyliğli (“Beşiktaş”, Türkiyə), Əsgər Hüseynov (“Neftçi”), Faiq Hacıyev (“Qəbələ”), Rəhman Daşdəmirov (“Neftçi”), Metin Gülər (“Beşiktaş”, Türkiyə), Abbas Ağazadə (“Qəbələ”), Murad Xaçayev, Süleyman Əhmədov (hər ikisi “Sumqayıt”), İsmayıl İbrahimli (“Qarabağ”), Murtazəli Abakarov (“Səbail”), Əli Sadıxov

(“Qəbələ”), Hacıağa Hacılı (“Qarabağ”), Ruslan Rzayev (“Krasnodar”, Rusiya), Ziya Əzizov (“NEC Nijmegen”, Hollandiya), Ozan Can Kökcü (“Giresunspor”, Türkiyə), Fərid Nəbiyev (“Slaviya”, Çexiya), Bahadur Həziyev (MOİK) və Rövlan Muradov (“Qarabağ”) yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: