Berlində başlayan atletika üzrə Avropa çempionatında Azərbaycanı üç idmançı təmsil edəcək

157

Avqustun 6-da Berlində atletika üzrə Avropa çempionatı start götürüb. Ayın 12-dək davam edəcək çempionatda Azərbaycan üç idmançı ilə təmsil olunacaq.

Azərbaycan Atletika Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, idmançılardan Nazim Babayev və Aleksis Kopello üçtəkanla tullanma, Anna Skidan isə çəkicatma yarışlarında çıxış edəcəklər. Atletlərimiz turnirdə məşqçilər Ziyad Xəlfəyevin və Artyom Rubankonun rəhbərliyi ilə mübarizə aparacaqlar.

Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, baş katibi Məhərrəm Sultanzadə də Berlinə səfər edəcəklər. Azərbaycan nümayəndə heyəti çempionat çərçivəsində Avropa Atletika Assosiasiyasının və Beynəlxalq Atletika Federasiyasının rəhbərliyi ilə görüşlər keçirəcək.

Çempionatın üçtəkanla tullanma və çəkicatma yarışlarının təsnifat mərhələləri avqustun 10-da, final isə 12-də təşkil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: