Belçikada çoxdan axtarılan erməni cinayətkar Polşada yaxalanıb

151

Polşanın Şesine şəhərində erməni əsilli cinayətkar yaxalanıb. O, əvvəllər yaşadığı Belçikanın Ostende şəhərində törətdiyi cinayət əməllərinə görə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.

NUHÇIXAN xəbər verir ki, otuz yaşlı erməni cinayətkarın üzərindən saxta Rumıniya, Belçika və Yunanıstan pasportları tapılıb. Polşa polisləri beynəlxalq sistemə daxil olaraq onun kriminal keçmişi ilə də tanış olublar.

Erməni cinayətkar bir neçə qadının zorlanması, silahlı müqavimət və çoxsaylı qarətlərə görə 2015-ci ildə Brügge məhkəməsi tərəfindən 25 il azadlıqdan məhrumetmə cəzası almış, lakin ölkədən qaçmışdı. Cinayətkarın şəkli Avropanın bütün əlaqədar axtarış saytlarında dərc olunmuşdu.

Belçika artıq cinayətkarın ekstradisiyası ilə bağlı Polşa hökumətinə müraciət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: