“Bayrağım-qürurum, mənliyim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub

170

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində  “Bayrağım-qürurum, mənliyim” adlı foto-video, əl işləri  müsabiqəsinə yekun vurulub.

Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra tələbələr tərəfindən çəkilən və Azərbaycanın dövlət bayrağını, rəmzlərini əks etdirən foto-video, əl işləri hər bir tələbə tərəfindən hərəsindən bir nümunə olmaqla təqdim edilib. Müsabiqəyə universitetin instaqram səhifəsinə yerləşdirmək üçün ümumilikdə, 100 şəkil, 30-a yaxın video, 20-ə yaxın əl işi buraxılıb. Qaliblər 20 gün müddətində ən çox bəyənmə alan hər nominasiya üzrə 10 yaradıcı iş arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən foto nominasiyası üzrə müsabiqənin qalibi Menecment ixtisası üzrə III kurs tələbəsi Orxan Həsənov, video nominasiyası üzrə isə Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Samir Abbasov qalib olub.

Əl işlərinin qiymətləndirilməsi zamanı tələbələrin şəxsi yaradıcılıq qabiliyyətləri, ideya, mövzu axtarışları əsas götürülüb. Bu nominasiyada isə Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan tələbə Kamal Babazadə müsabiqənin qalibi olub.

Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: