BATE – “Qarabağ” oyununun hakimləri müəyyənləşib

238

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda keçiriləcək BATE – “Qarabağ” matçının hakimləri müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, qarşılaşmanı latviyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs köməklik göstərəcək. Dörüdüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.

Qeyd edək ki, BATE – “Qarabağ” matçı avqustun 14-ü “Borisov Arena”da baş tutacaq. Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: