Batabatdakı “Üzən ada” CNN-nin rəsmi saytında

407

NUHÇIXAN xəbər verir ki, dünyanın tanınmış CNN kanalının rəsmi saytında  ərəb dilində Batabat haqqında məlumat yerləşdirilib. “Qəribə göl turistləri Azərbaycana cəlb edir” başlıqlı məqalədə  Şahbuz rayonu ərazisində yerləşən Batabat gölləri və məşhur Üzən adadan söz açılır.  “Batabatı hər bir azərbaycanlı ailəsi çox yaxşı tanıyır. Əlbəttə siz də gölün ortasında üzən ekzotik adanı görmək şansınızı əldən verməzsiniz” –deyə oxuculara müraciət olunur. Sonra isə dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən  Batabat gölləri, yaşıllıqlar, ətrafdakı dağ yamacları və rəngbərəng çiçəklərlə örtülü çəmənlərdə ailələrin istirahət etməsi ilə bağlı geniş məlumat verilir. “Batabat gölü yaşıllıqla əhatələnib. Bu gölün ortasındakı yaşıllıq isə ayrıca bir adadır. Bu ada bitki kütləsindən yarandığı üçün gölün dibi ilə bağlılığı yoxdur. Buna görə də suyun üzərində müxtəlif istiqamətlərə üzür. Bu sadəcə əsrarəngiz bir  gözəllikdir ” – deyə yazılan məqalədə Batabatın suları təmiz kristala bənzədilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: