Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Döyüşü idarəetmə mərkəzində açılmış idarəetmə məntəqələrinin fəaliyyətini izləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, general-polkovnik N.Sadıkov müxtəlif qoşun növü və qismlərinin əməliyyatların planlaşdırılması və bölmələrin idarə olunması qruplarının fəaliyyətlərini yoxlayaraq müvafiq tapşırıqlar verib.