Balacalar “Cırtdanın yeni il qonaqları ” tamaşasına baxıblar

150

NUHÇIXAN xəbər verir ki, bütün mövsümlərdə balacaları sevindirən Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı yeni ildə də onlar üçün maraqlı proqram hazırlayıb.

Naxçıvan Dövlət Kukla Teatrı bu dəfə yeni il şənliyində “Cırtdanın yeni il qonaqları ” tamaşasını balacalara  təqdim edib. Tamaşanın müəllifi xalq artisti  Şirzad Abutalıbovdur. Tamaşaya balacalar böyük maraqla baxıb və əyləniblər.

Qeyd edək ki, 2019-cu ildə kukla teatrının repertuarına  Zaur Vedilinin “3 qismətli varisi”, Şirməmməd Qüdrətoğlunun ”Şahın kiçik oğlu” və Tolstoyun “Qızıl açar və ya Buratinonun məcaraları”nın motivləri əsasında səhnələşdirilən eyni adlı əsərlər  salınıb. Bu əsərlər il boyu hazırlanaraq balacalara təqdim ediləcək. 

Şəhla Mirzəyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: