Balaca rəssamlar üçün ustad dərsi təşkil olunub

237

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı”nda Naxçıvan Rəssamlar Birliyinin üzvü, Əməkdar rəssam Həmzə Sadiqovla  məktəblilərin görüşü təşkil olunub. Görüş zamanı rəssam təsviri sənət haqqında  məktəblilərə maraqlı məlumat və ustad dərsləri verib, onlarla birlikdə rəsm çəkib. Rəssamın yağlı boya ilə karton üzərində çəkdiyi əsər məktəblilərin marağına səbəb olub. Məktəblilər də ağ vərəq üzərində maraqlı rəng koloritləri və qara qələmlə rəsm çəkiblər.

Görüş Naxçıvan Turizm Diyarşünaslıq Mərkəzi tərəfindən təşkil olunub. Məqsəd məktəblilərin yay tətilinin səmərəli keçirilməsi ilə yanaşı, onlarda təsviri sənətə maraqlarını artırmaq, yaradıcı gəncləri aşkar etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: