Bakıda kənd təsərrüfatına dair beynəlxalq konfrans işə başlayıb

150

Azərbaycanda rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişləndirilib, ərzaq təhlükəsizliyinin dayanıqlığı gücləndirilib, aqrar sahə üzrə biznes mühiti təkmilləşdirilib və kənd təsərrüfatı sahəsində elmi təminat və təhsilin keyfiyyəti yüksəldilib.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində sentyabrın 6-da Bakıda keçirilən kənd təsətrüfatı sahəsində ticarət və xarici investisiyalara dair beynəlxalq konfransda İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev deyib. İnstitut direktoru, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” ilə müəyyənləşdirilmiş tədbirlər barədə məlumat verib.

Konfransda Almaniya, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən olan kənd təsərrüfatı mütəxəssisləri iştirak edir. Konfrans iki gün davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: