Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri keçiriləcək

123

Yanvarın 18-20-də Bakı İdman Sarayında Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “Arpaçay Open” beynəlxalq turniri keçiriləcək. Azərbaycan Milli Karate Federasiyasının və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçiriləcək açıq turnirdə uşaqlar, yeniyetmələr və gənclər iştirak edəcəklər.

NUHÇIXAN federasiyanın saytına istinadla xəbər verir ki, turnirin birinci günündə bütün yaş qruplarında fərdi kata, ertəsi gün isə 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite yarışları təşkil olunacaq. Turnirin sonuncu günündə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında müxtəlif çəki dərəcələrində kumite yarışları keçiriləcək. Qalib və mükafatçılar federasiyanın diplom, kubok və medalları ilə təltif olunacaqlar.

Yarışın açılış mərasimi yanvarın 19-da saat 17:00-da olacaq.

Beynəlxalq turnirə qeydiyyat yanvarın 10-dan 17-dək ilk dəfə olaraq internet vasitəsilə aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: