Bakıda “Əliyev qiraətləri” çərçivəsində beynəlxalq konfrans keçirilir

204

İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda dördüncü beynəlxalq elmi konfrans işə başlayıb.

NUHÇIXAN xəbər verir ki, tədbir ənənəvi “Əliyev qiraətləri” çərçivəsində təşkil olunub.

Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə konfransın artıq 10 ildir ki, keçirildiyini deyib. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin zəngin irsi dünya filosoflarını bir araya gətirir.

Konfransın işinə uğurlar arzulayan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, tədbir Azərbaycan və Rusiya filosoflarının dialoqu, birgə fəaliyyəti üçün meydan açır. O deyib: “Hazırkı dövrdə dialoqa böyük ehtiyac var. Çünki dialoq xalqları, millətləri, ölkələri bir-birinə yaxınlaşdırır”.

Sonra “Qlobal dünyanın dəyər və etik tərkibi”, “Mədəniyyətlərarası dialoq: fəlsəfi ənənələr və müasirlik”, “Heydər Əliyevin siyasi irsində Azərbaycan Xalq Cümhuriyyəti”, “Mədəniyyət fenomeni” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans iyunun 5-də yekunlaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: