Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir

186

Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır. Bu məqsədlə gələn ilin birinci rübündə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir.

Hazırda Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu stansiyaları arasında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının bütün parametrlər üzrə testləri keçirilir. Testlər Almaniyanın dəmir yolları tərəfindən 35 kilometr məsafədə aparılır.

Yoxlanış zamanı vaqonların sürət həddi saatda 177 kilometrədək çatdırılıb. Hazırda testlər uğurla davam etdirilir.

Qeyd edək ki, test yürüşləri “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Stadler Rail Group” şirkətinin nümayəndə heyətlərinin birgə iştirakı ilə həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: