Badamlı zavodu 200 nəfəri işlə təmin edə biləcək

539

Şahbuz rayonunun Badamlı qəsəbəsində inşa olunan zavodda tikinti işlərinin əsas hissəsi yekunlaşıb.

NUHÇIXAN xəbər verir ki, zavodun ərazisi 1200 kvadratmetr sahəni əhatə edir. Ötən ilin may ayından tikintisinə başlanan zavodda inzibati bina, istehsal sahələri, anbarlar tikilib. Demək olar ki, əsas tikinti işləri yekunlaşıb. Hazırda daxildə suvaq işləri görülür.

Badamlı qəsəbəsində yaxın gələcəkdə fəaliyyətə başlayacaq zavodda əsasən məşhur  Badamlı suyu istehsal ediləcək. Üç böyük istehsal sexi tikilən yeni zavod əvvəlkindən daha böyük və yüksək texniki imkanlara malik olacaq. Bu da gələcəkdə müəssisədə 200-ə yaxın vətəndaşın  işlə təmin olunması deməkdir. Zavodun suyun mənbəyində qurulması isə  məhsul istehsalının artmasına zəmin yaradacaq. Həmçinin Badamlı mineral suyunun xarici ölkələrə ixrac imkanları da artacaq.

Yeni zavodun tikintisi sakinlərin işlə təmin olunması ilə yanaşı, qəsəbənin sosial-iqtisadi inkişafını  da sürətləndirəcək.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: