Babəkdə Milli Qurtuluş Günü qeyd olunub
NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında da “15 İyun- Milli Qurtuluş Günü ”nə həsr olunan tədbir keçirilib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış edərək hakimiyyətdə olduğu hər iki dövrdə bu amal uğrunda bütün gücünü səfərbər edib. Dahi şəxsiyyətin müəyyən etdiyi siyasi xəttə sadiqlik Naxçıvan Muxtar Respublikasını yeni inkişaf mərhələsinə yüksəldib..
Tədbirinin bədii hissəsində şagirdlər ulu öndərə həsr olunan şeirləri bədii qiraət ediblər. Rayon Mədəniyyət Evinin xor kollektivi isə bəstəkar Şəmsəddin Qasımovun “Sönməyən Günəşim” əsərini ifa edib.
Daha sonra tədbir iştirakçıları Milli Qurtuluş Gününə həsr olunan sənədli filmə baxıblar.
Novruz Məmmədov