Babəkdə konfrans olub
NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında “Dünya azərbaycanlılarının həmrəyliyi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda konfrans keçirilib.
Konfransda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov 1991-ci il 31 dekabr tarixinin əhəmiyyətindən, 2001-ci il noyabrın 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsindən, ümumilli lider Heydər Əliyev siyasi yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Konfransda mövzu ilə bağlı çıxışlar dinlənilib.
Novruz Məmmədov