Babək rayonunda Yeni il şənliyi keçirilib

210

NUHÇIXAN xəbər verir ki, bu gün Babək rayonunda da bayram tədbiri keçirilib. Tədbirdə vətənimizi, yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, yolka ətrafında Şaxta babanın, Qar qızın, rayon Mədəniyyət Evinin musiqi kollektivlərinin çıxışları şənliyə gələnlərdə xoş ovqat yaradıb, paylanan hədiyyələr balacalara əsl bayram sevinci bəxş edib.

Tədbirdə qeyd edilib ki, 2018-ci il Babək rayonu üçün xüsusilə əlamətdar oldu. Belə ki, ötən il rayonun təşkil olunmasının 40 illiyi geniş tikinti-quruculuq işləri ilə yadda qaldı. Rayonun kənləri abadlaşdı, qəsəbədə yeni 7 mərtəbəli 28 mənzilli yeni yaşayış binası tikilib istifadəyə verildi. Ümumiyyətlə ötən 2018-ci ildə böyük nailiyyətlərə imza atan rayonun inkişaf tarixinə yeni səhifələr yazılıb.

                                                             Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: