NUHÇIXAN xəbər verir ki, Babək rayonunda elektrik şəbəkəsinin inzibati binasının inşasına başlanıb.
İki mərtəbəli bina 20 otaqdan ibarət olacaq. Bundan başqa Babək qəsəbəsində yeni yaşayış binası da tikilir. Bina qəsəbənin Heydər Əliyev prospektində inşa olunur. Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət binada 28 mənzil olacaq. Onların 7-si 3 otaqlı, 21-i isə 2 otaqlıdır.
Yaşayış binasının bu il başa çatdırılması nəzərdə tutlub. Qeyd edək ki, hazırda Kəngərli və Sədərək rayonlarında da belə yaşayış binaları inşa edilir.
Tükəzban Cəfərova
NTV xəbər