Babək rayonunda tibbi aksiya keçirilib

156

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kənd­lərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliy­yatları uğurla həyata keçirirlər.

Bu dəfə Xəstəxananın həkim briqadası növbəti humanitar tibbi aksiyanı Babək Rayon Mərkəzi Xəstəxanasında keçirib. Tibbi aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanaraq xəstəxanaya dəvət olunublar.

Müayinələr zamanı, aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Uğurla başa çatdırılan əməliyyatlardan sonra, xəstələr palatalara köçürülüblər.

Sadiq Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: