Babək rayonunda su və kanalizasiya sistemləri yenilənir
NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Şəkərabad kəndində su və kanalizasiya sistemlərinin qurulması davam etdirilir. Artıq tikinti işləri bitən bir neçə məhəllədə yaşayış evlərinə suyun verilməsinə başlanılıb.
Tikinti işləri “Su təchizatı və kanalizasiya investisiya Proqramı layihə-3” çərçivəsində 2017-ci ilin dekabrından həyata keçirilir. Layihəyə əsasən kənddə müxtəlif diametrli borularla içməli su və kanalizasiya xətləri çəkilib. Hazırda bir neçə məhəllədə kanalizasiya və su xətlərində işlər yekunlaşdırılıb. Sakinlərlə müqavilələr bağlanaraq suyun verilməsinə başlanılıb. Kanalizasiya xətlərində də birləşmələr aparılır. Digər məhəllələrdə çəkilişlər davam etdirilərək sınaq yoxlama işləri görülür.
Novruz Məmmədov