Babək rayonunda smartkart sayğaclar quraşdırılır

240

NUHÇIXAN xəbər verir ki, smartkart sayğacların quraşdırılmasına ilk olaraq Babək qəsəbəsindən başlanılıb. Artıq 500-ə yaxın abunəçinin mənzilinə bu tip sayğaclar quraşdırılıb. Quraşdırma işləri Babək Rayon Elektrik Şəbəkəsinin mütəxəssisləri tərəfindən həyata keçirilir .

Sayğac quraşdırılan mənzillərdə abonentlərə sayğaclardan istifadə qaydaları və onların üstün cəhətləri izah olunur.

Qeyd edək ki, muxtar respublikada elektrik sayğaclarının quraşdırılmasına 2015-ci ildən Naxçıvan şəhərində  başlanılıb və bu iş yekunlaşmaq üzrədir.

                                                           Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: