Babək rayonunda monitorinq aparılıb

206

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Babək rayon ərazisində monitorinqlər keçirilib.

NUHÇIXAN xəbər verir ki, monitorinqlərə rayon ərazisindəki su anbarlarından başlanılıb. Anbarların  giriş və çıxışından nümunələr götürülərək səyyari analizlər aparılıb. Yoxlama zamanı suyun tərkibindəki  hidrogenin və həll olunmuş  oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər nəzərdən keçirilib və sudakı  bütün göstəricilər müsbət qiymətləndirilib. Monitorinqlər  rayon ərazisindəki çaylardan başqa bərk məişət tullantıları  poliqonunda da aparılıb.

Monitorinqlər  zamanı  Babək Rayon Mərkəzi Xəstəxanasında tibbi tullantıların  idarə olunması,  ekoloji və  sanitar qaydaların vəziyyəti araşdırılıb. Tullantıların ərazidə vaxtında basdırılması haqqında aidiyyatı təşkilatlara məsləhətlər verilib. Rayon ərazisində yaşıllıq sahələrinə də baxış keçirilib.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: