Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə 2018-ci ilin doqquz ayı ərzində Babək rayonunda müvafiq kateqoriyadan olan şəxslərə, habelə aztəminatlı ailələrə 1 milyon 770 min 6100 manat sosial müavinət və ünvanlı dövlət sosial yardımı ödənilib. Bu dövrdə tənha yaşayan və qulluğa ehtiyacı olan 14 ahıl və fiziki imkanları məhdud şəxslərin evlərində, sağlamlıq imkanları məhdud 32 şəxsin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 71 uşağın isə Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil edilib , 78 nəfərə texniki reabilitasiya vasitəsi və protez ortopetik xidməti göstərilmişdir.
Bununla yanaşı, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən keçirilən voleybol, qol gücü, yüngül atletika və müxtəlif idman oyunlarında, Boccia yarışlarında iştirakı və Naxçıvan şəhər Kukla teatırında nümayiş etdirilən tamaşalara baxmaları təmin edilib. Ağbulaq İstirahət Mərkəzində təşkil edilən 3 günlük yay tətilində Babək rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlardan 5 nəfər iştirak edib.
Hazırda Babək rayon Əhalinin sosial Müdafiəsi Mərkəzində sağlamlıq imkanları məhdud 379 uşaq qeydiyyatdadır ki, onlardan 173 nəfəri təhsilə cəlb olunub, 7 nəfəri isə 1-ci sinifə qəbul edilib. . Bundan əlavə, mərkəzin sosial xidmətlər sektoruna ərizə ilə müraciət edərək növbəyə duran əlil vətəndaşlardan 55 nəfərinə 2018-ci ilin doqquz ayı ərzində müalicə almaları üçün Naftalan sanatoriyasına göndərişlər verilib.
Dövlət Proqramının icrasına uyğun olaraq tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.