Babək rayon mərkəzi xəstəxanasında peyvənd aksiyasına başlanılıb
NUHÇIXAN xəbər verir ki, Babək rayonunda qeydiyyatda olan talassemiyalı, hemofiliyalı və dializ xəstələrinə rayon mərkəzi xəstəxanasının həkimləri tərəfindən “Hepatit” peyvəndi vurulub. Peyvənd rayon Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən gətirilərək mərkəzi xəstəxananın peyvənd kabinetinə təhvil verilib.
İlk olaraq 5 xəstəyə peyvənd vurulub. Ümumilikdə 20 xəstəyə peyvənd vurulması nəzərdə tutulub.
Qeyd edək ki, aksiya digər rayonlarda da həyata keçiriləcək.
Cavid Səfərli