Bəzi balıq növləri akvariumu yuva kimi qoruyur

149

Balıq və bitkilərin saxlanılması üçün nəzərdə tutulan büllur qab akvarium sayılır. Bu ənənə çinlilərdən gəlir. Onlar ilk dəfə şüşə qablarda çay və dəniz balıqlarını saxlamağa başlayıblar. Beləliklə, dəniz canlılarının bir parçası akvariumda özünə yeni həyat qazanıb. Çinlilər büllur qabları Yaponiyaya gətirəndən sonra akvariumun dünya səyahəti başlayıb.

NUHÇIXAN xəbər verir ki, su bütün canlılar üçün vacib olsa da, balıqlar üçün daha əhəmiyyətlidir. Balıqların yaşadığı, nəfəs aldığı, içdiyi su müəyyən şəraitə uyğun olmayanda onların vəziyyəti pisləşir və ölürlər. Ona görə də suyun kimyəvi tərkibi, oksigen tutumu və təmizliyi mütləq təmin edilməlidir. Bundan başqa akvariumun tərkibində istifadə edilən daşlar və digər bərk elementlər xüsusilə karbonatlı suyun tərkibini dəyişmək qabiliyyətinə malikdir.

Balıq seçimində həlledici amil akvariumun ölçüsüdür və ilk növbədə onların rahat yaşaması üçün şərait yaradılmalıdır. Bəzi balıqlar hansısa ərazini yalnız özününkü hesab edir və digər balıq növlərini ora buraxmır. Ona görə də onların bir-birinə uyğunlaşıb-uyğunlaşmayacağını balıq növlərini akvariuma salmazdan əvvəl nəzərə almaq lazımdır. Bəzi balıqlar akvariuma axan çaylardan, bəziləri isə sakit hövzələrdən düşür. Deməli, onlar eyni şəraitdə yaşaya bilməzlər. Balıqlar yırtıcı olmasa da, təbiətdə adətən böyüklər xırdaları yeyir. Bəzən balıq növləri akvariumun müəyyən hissəsindən istifadə edərək öz ərazisini yuva kimi qoruyur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: