Bəxtiyar Əsgərov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasına yeni təyin olunan fövqəladə və səlahiyyətli Səfiri Dr.Hamad bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasındakı əlaqələrdə Naxçıvan Muxtar Respublikasının rolu, müxtəlif sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.