Bəxtiyar Əsgərov Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Qırğız Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri səlahiyyətlərini icra edən Müvəqqəti İşlər Vəkili Bakıt Yusupoviç Yusupovla görüşüb. Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəlikdə baş tutan görüşdə Naxçıvan Muxtar Respublikasının iki ölkə arasında yaradılan hərtərəfli əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb, siyasi-iqtisadi, mədəni, ticarət və turizm sahələrində real əməkdaşlıq məsələləri müzakirə edilib.