Bəstəkar Məmməd Məmmədov anıldı

174

Görkəmli bəstəkar, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məmməd Məmmədovun yaradıcılıq irsinə həsr olunmuş konsert keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında baş tutub.

Bildirilib ki, 1920-ci il aprelin 28-də Naxçıvan şəhərində dünyaya göz açan bəstəkar uzun  illər  Naxçıvanda  kütləvi  musiqi  tədbirlərinin  keçirilməsində  yaxından  iştirak  edib. Naxçıvanda  truba  və  akkardeon  siniflərinin  açılması,  vokal  ansamblları və xor kollektivlərinin yaradılmasının təşəbbüskarı olub. Həmçinin teatr üçün 30-dan artıq müxtəlif  janrlarda  yazılmış  tamaşalara  musiqilər  bəstələyib.

Naxçıvanda ilk musiqi məktəbi olan  1 nömrəli uşaq musiqi məktəbi Məmməd Məmmədovun adını daşıyır.

Sonra məktəbin şagirdləri və məzunlarının ifasında  Məmməd Məmmədovun “Ana yurdum Naxçıvan”, Cahangir Cahangirovun “Dəli Kür”, Astor Piyazollanın “Liber tanqo” və bir sıra mahnıları səsləndirilib.

                                                                   Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: