Bəhruz Quliyev: Azərbaycanda jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb

178

Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir.

NUHÇIXAN xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib. B.Quliyev bildirib ki, əldə edilən nailiyyətlər təsadüfi deyil. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən Prezident İlham Əliyevin kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirdiyini deyən B.Quliyev vurğulayıb ki, bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Azərbaycanda internet və sosial media azadlığı ən yüksək həddə inkişaf edib. Dövlətimizin başçısı son 15 ildə respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb.

Azərbaycanda hazırda 200-dən çox qəzetin, 100-ə yaxın jurnalın, 50-dən çox televiziya və radio kanalının, onlarla mətbuat yayımı şirkətinin və jurnalist təşkilatının fəaliyyət göstərdiyini xatırladan Bəhruz Quliyev, həmçinin qeyd edib ki, internetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub, ölkə əhalisi arasında internet yayımı 80 faizi keçir, sosial şəbəkə istifadəçilərinin sayı iki milyondan çoxdur.

Müsahibimiz bildirib ki, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Baş redaktor əlavə edib ki, müasir dövrdə ölkə mediasının üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Buna görə də peşə etikası ilə yanaşı, milli təəssübkeşik, taleyüklü problemlərə vətəndaş yanaşması Azərbaycan mediasının keyfiyyət göstəricisi olmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: