Bəhruz Quliyev :Azərbaycan ilə Xorvatiya arasında imzalanmış sənədlər əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq

188

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan xalqının milli maraqlarına əsaslanır. Son 2-3 həftə ərzində Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri Azərbaycanın xarici siyasətinin dinamikliyini, ölkəmizin yüksək beynəlxalq nüfuza malik olduğunu, dünya dövlətlərinin ölkəmizə hörmətlə yanaşdığını əyani şəkildə təsdiq edir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli strateji tərəfdaşlıq əlaqələri qurur. Ölkələr arasında iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirir: “Azərbaycanın strateji əlaqələr qurduğu Aİ ölkələrindən biri də Xorvatiyadır. Hər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri var, bu əməkdaşlıq genişlənir və güclənir. Əminəm ki, iki ölkə arasında aparılan danışıqlar əczaçılıq, aqrar, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq. Eyni zamanda, Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında ticarət dövriyyəsinin artırmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaqdır”-, deyə ekspert bildirib.

Xorvatiya ilə İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır deyən Bəhruz Quliyev əlavə edib ki, reallaşdırılan TANAP və TAP layihələri əsasında Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq və köhnə qitənin enerji təhlükəsizliyinə töhfə verəcək. Qeyd edib ki, təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik Azərbaycan mavi yanacaq hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir. Bu mənada yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropaya çatdırılacaq.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycan öz qaz potensialını daha böyük həcmdə Avropaya təqdim edə bilər.

B.Quliyev diqqətə çatdırıb ki, Azərbaycanın Xorvatiya kimi Avropa İttifaqı ölkələri ilə qurulan strateji əlaqələrin Aİ-Azərbaycan əməkdaşlığının uğurla inkişaf etməsinə öz təsirini göstərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: