Bəhreynin dövlət informasiya agentliyi Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” seçilməsindən yazıb

182

Bəhreyn Krallığının “Bahrain News Agency” (BNA) dövlət informasiya agentliyinin internet səhifəsində “Azərbaycan Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsini qeyd edir” başlıqlı məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, məqalədə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”-in açılış mərasimində ISESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tuveycrinin, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin və Naxçıvan Muxtar Respublikasının digər rəsmi şəxslərinin iştirak etdikləri bildirilib.

Yazıda Naxçıvan Muxtar Respublikasının qədim tarixindən, mədəniyyətindən, Naxçıvanın muxtariyyət tarixinin 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəddə – Moskva və Qars müqavilələrində öz əksini tapmasından bəhs olunur. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində muxtariyyətin əsasları, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunub. 1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanır.

Məqalədə, həmçinin Naxçıvanda İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, bu regionun inzibati ərazi bölgüsü, Naxçıvanın zəngin tarixi-mədəni irsinin saxlanıb qorunması üçün elm, təhsil, mədəniyyət və digər sahələrdə atılan addımlar barədə məlumat öz əksini tapıb.

Qeyd edilib ki, mədəni-kütləvi tədbirlər çərçivəsində qonaqlar Naxçıvanın tarixi və mədəniyyət abidələri, muzeyləri və kitabxanaları ilə tanış olacaq, o cümlədən bədii festival, poeziya axşamları və incəsənət sərgilərində iştirak edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: