Bəbir və qonur ayının məskunlaşdığı yasaqlıq

925

Mühüm ekoloji və iqtisadi əhəmiyyətə malik olan “Arpaçay” Dövlət Təbiət Yasaqlığı 10-ilə yaxındır ki fəaliyyət göstərir.

NUHÇIXAN xəbər verir ki, “Arpaçay” Dövlət Təbiət Yasaqlığının ümumi ərazisi 68 min 911 hektar olmaqla Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının inzibati ərazilərini əhatə edir. Yasaqlığın ərazisi dərman əhəmiyyətli, dekorativ və yem bitkiləri, boya və aşı maddələri ilə zəngindir.

Ərazinin dağlıq landşaftı və burda bitən zəngin bitki ehtiyatı vəhşi faunanın məskunlaşması üçün münbit şərait yaradır. Bezuar keçiləri, Muflonlarla yanaşı burada dünya təbiətinin nadir növlərindən olan bəbir və Zaqafqaziya qonur ayısına  da rast gəlinir. Bu ərazilərdə həmçinin müxtəlif quş növləri də məskən salıb.

Yasaqlıq ərazisi mədəniyyət və arxeoloji abidələrlə də zəngindir. Eramızdan əvvəl II-I minilliklərə aid edilən “Qarasu” qalası, Muncuqlu təpə yaşayış məntəqəsi, IV-I minilliklərə aid çoxtəbəqəli yaşayış yeri olan Damlama və Hadıqaib mağarası, Gəlinqaya kimi təbiət abidələri bu ərazilərin qorunma əhəmiyyətini xüsusi olaraq artırır.

 Yasaqlıq ərazilərində son illər 10 hektara yaxın meyvə bağları, meşə massivləri salınıb.

Arzu Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: