BƏƏ-də avtomobillərin rəqsi üzrə rekord müəyyən olunub

213

Bu həftə Birləşmiş Ərəb Əmirliklərində daha bir dünya rekordu müəyyən olunub. Burada “avtomobillərin dünyada ən irimiqyaslı sinxron rəqsi” şousu təşkil edilib.

NUHÇIXAN yerli KİV-lərə istinadla xəbər verir ki, peşəkar pilot Aksil Ceffrianın rəhbərliyi ilə 180 yolsuzluq avtomobili səmada süzən şahin formasına uyğun ahəngdar hərəkət edib. Avtomobillərin rəqsi “Dubai Rugby 7” stadionunda ifa olunub. Şouya “NissanPatrol” avtomobilləri cəlb edilib. Rəqs edən “şahinin” ölçüləri 176,5×225 metr təşkil edib. İki cərgədə əks istiqamətlərdə sinxron hərəkət edən avtomobillər Ərəbistan yarımadası üzərində qanad çalıb uçan şahin illüziyası yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: