Azərbaycanlı triatlonçu Dünya Kubokunda qızıl medal qazanıb

52

Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevstov Çinin Çenqdu şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Azərbaycan Triatlon Federasiyasından NUHÇIXAN-a bildirilib ki, yarış iki mərhələdən ibarət olub. Əvvəlcə idmançılar yarımfinalda mübarizə aparıblar. Rostislav öz yarımfinalda 5-ci olub və finala yüksəlib.

İdmançımız finalda 500 metrlik su məsafəsini 6 dəqiqə 29 saniyəyə başa vurub. Sonra 10 kilometrlik veloyürüşü 13 dəqiqə 43 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 2,5 kilometr məsafəyə qaçış üzrə isə R.Pevtsov 7 dəqiqə 03 saniyəlik nəticə göstərib. Ümumi hesablamada 28 dəqiqə 18 saniyə vaxt göstəricisi ilə R.Pevtsov birinci yerə layiq görülüb.

Xatırladaq ki, Pevtsov cari mövsümdə Las Palmasda keçirilən Avropa Kubokunda ikinci olub və Misirin Şarm əş-Şeyx şəhərində təşkil olunan Açıq Afrika Kuboku yarışlarında gümüş medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: