Azərbaycanlı qrossmeyster Qədir Hüseynov Hollandiyada keçirilən festivalın lideridir

147

Hollandiyanın Hoqeven şəhərində keçirilən 22-ci şahmat festivalının dörd turu geridə qalıb.

NUHÇIXAN xəbər verir ki, turnirdə 12 ölkədən 90 şahmatçı, o cümlədən Azərbaycan qrossmeysterləri Qədir Hüseynov və Eltac Səfərli iştirak edirlər.

Dörd turda 4 xal toplayan Qədir Hüseynov turnirdə liderlik edir. Yerli şahmatçılar Erik Van den Dul, Merijn Van Delft, Stefan Keypers, Royland Pryuyssers, Dmitri Kryakvin (Rusiya) və Bassem Amin (Misir) ondan yarım xal, səkkiz şahmatçı, o cümlədən Eltac Səfərli bir xal geri qalırlar.

Hollandiyada şahmat festivalı İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: