Bir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Savalan dağının ən yüksək zirvəsinə yürüş edib. İran İslam Respublikasının Ərdəbil şəhəri yaxınlığında, dəniz səviyyəsindən 4 min 811 metr yüksəklikdə yerləşən zirvəyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə reallaşıb.
Klubdan NUHÇIXAN-a bildirilib ki, avqustun 25-də Bakıdan start götürən yürüşə Cənubi Azərbaycandan olan dağçılar da qoşulub.
Savalan zirvəsinə yürüş avqustun 27-də uğurla başa çatıb. Zirvəyə çatan alpinistlər orada Azərbaycan bayrağını dalğalandırıblar.
Qeyd edək ki, alpinistlər Cümhuriyyətin 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə də yürüş ediblər.