Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib

104

Noyabrın 17-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

NUHÇIXAN xəbər verir ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda Gürcüstan yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə qalib gəlib.

Hesabı 45+1-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Levan Xarabadze açıb. Lakin oyunun 66-cı dəqiqəsində Tural Bayramov bərabərlik, 70-ci dəqiqəsində isə Zahid Mərdanov qələbə topunu vurub.

Qrupun digər oyununda İsrail Lixtenşteyni eyni hesabla məğlub edib.

U-19 qrupda son oyununu noyabrın 20-də Lixtenşteynə qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsrailə uduzub – 1:4. Hazırda İsrail 6 xalla birinci pillədə qərarlaşıb. Azərbaycan və Gürcüstan yığmaları isə hərəyə 3 xalla sonrakı 2 yeri tuturlar. Sonuncu pillədə isə aktivində xalı olmayan Lixtenşteyn komandası qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: