Azərbaycanın qrup hərəkətləri komandası dünya kuboku yarışlarının qalibi olub

185

Bədii gimnastika üzrə dünya çempionatından əvvəl Rusiyanın Kazan şəhərində keçirilən “Challenge” seriyasına aid sonuncu dünya kuboku yarışına yekun vurulub.

Azərbaycan Gimnastika Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümbətova iki ip və üç topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala yüksəlməyi bacarıblar. Qızlarımız final çıxışında isə yeddinci yerdə (19,750 xal) qərarlaşıblar.

İl ərzində keçirilən “Challenge” seriyasına aid bütün dünya kuboklarının yekun xallarına əsasən Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış iki ip və üç topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olub.

Qeyd edək ki, bədii gimnastika üzrə dünya çempionatı sentyabrın 11-16-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: