Azərbaycanın Qırmızı Kitabı ilə bağlı yeni tədqiqat işlərinə başlanılacaq

155

Gələn ildən etibarən Azərbaycanda “Qırmızı Kitab”la bağlı növbəti statistik göstəricilərin yenilənməsinə başlanılacaq.

Bu barədə NUHÇIXAN-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, dövlət qərarı ilə bu göstəricilər hər 10 ildən bir yenilənməlidir. Bu sahədə son işlər 2013-cü ildə aparılıb.

Gələn ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə statistik göstəricilərin yenilənməsi istiqamətdə tədqiqatlara başlayacaq. Belə ki, bu dinamikanı müşahidə etmək üçün uzunmüddətli vaxt lazımdır.

H.Əlizadə qeyd edib ki, hazırda Azərbaycanın “Qırmızı Kitab”ında 223 fauna, 300 flora və göbələk növü mövcuddur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: