Azərbaycanın qadın voleybolçuları dünya çempionatının ikinci qrup mərhələsində Çin millisinə məğlub olublar

134

Oktyabrın 8-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada keçirilən voleybol üzrə dünya çempionatının ikinci mərhələsində Çin yığması ilə qarşılaşıb.

NUHÇIXAN xəbər verir ki, oyun Çin millisinin 3:0 (25:17, 25:16, 25:17) hesablı qələbəsi ilə başa çatıb.

Osaka şəhərində davam edəcək ikinci mərhələnin oyunlarında Azərbaycan komandası Çin ilə yanaşı, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstan yığmaları ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparır. Dünən keçirilən Azərbaycan-İtaliya oyunu 0:3 hesabı ilə italiyalı voleybolçuların xeyrinə başa çatıb.

Cədvələ əsasən, oktyabrın 8-də Rusiya yığması Bolqarıstan, Türkiyə komandası ABŞ millisi ilə qarşılaşıblar. İlk oyun Rusiya millisinin 3:1 (25:21, 25:20, 23:25, 25:19), ikinci oyun isə ABŞ yığmasının 3:0 (25:21, 25:17, 25:18) hesablı qələbələri ilə başa çatıb. Qrupun digər oyununda İtaliya və Tailand milliləri üz-üzə gəliblər.

Azərbaycan millisi oktyabrın 10-da Türkiyə, ayın 11-də isə Bolqarıstan idmançıları ilə qarşılaşacaq.

Qaydalara görə, ikinci mərhələdə qruplarda I-III yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: