Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri başlayıb

191

İyunun 21-də “Qara dəniz və Xəzəryanı” ölkələr arasında Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turnirinə start verilib.

NUHÇIXAN xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda onadək ölkədən idmançılar iştirak edirlər.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən xatirə turnirində beş yaşdan böyüklərədək dərəcələrdə karateçilər mübarizə aparırlar.

Turnirdə fərqlənən idmançılara fərdi yarışlarda medal və diplom, komanda çıxışlarında isə kubok təqdim olunacaq.

Yarışın təntənəli açılış mərasimi bu gün keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: