Azərbaycanın Macarıstandakı səfirliyi səkkizinci diplomatik xeyriyyə bazarında iştirak edib

103

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfirliyi Budapeşt şəhərində təşkil olunmuş səkkizinci diplomatik xeyriyyə bazarında iştirak edib. Yerli ictimaiyyətin böyük maraq göstərdiyi və ənənəvi olaraq Macarıstan Prezidentinin xanımı Anita Herseqin himayədarlığı ilə keçirilən builki tədbirdə 50-yə yaxın ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib.

Hər il olduğu kimi, cari ildəki xeyriyyə bazarında da ölkəmizin Macarıstandakı səfirliyi ayrıca guşə ilə təmsil olunub. Azərbaycanın milli mətbəx nümunələri, şirniyyatlar, Azərbaycan istehsalı olan ərzaq məhsulları və suvenirlər xeyriyyə bazarına gələn qonaqlara təqdim edilib.

Yarmarkada iştirak edərək milli guşələrə baş çəkən A.Herseq Azərbaycan guşəsinə də yaxınlaşıb və xoş təəssüratlarını bildirib.

Tədbir Macar dövlət televiziyasının “MT1” kanalı tərəfindən geniş işiqlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: