Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət BMT Baş Assambleyasında müzakirə oluna bilər

183

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə daxil edilə bilər.

NUHÇIXAN xəbər verir ki, 72-ci sessiyada müzakirə olunmayan bu məsələ bu sessiyanın gündəliyində qalır.

BMT Baş Assambleyasının 73-cü sessiyası 2018-ci il sentyabrın 18-dən 30-dək keçiriləcək.

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.

Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: