“Azərbaycanın İntellektual BİRincisi” layihəsinin üçüncü mövsümü çərçivəsində zona yarışları keçiriləcək

119

“İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyələrinin daha da inkişaf etdirilməsi, asudə vaxtının səmərəli təşkili, könüllülük prinsipinin geniş təbliği, beynəlxalq arenada rəqabətədavamlı intellektual bazanın yaradılması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin üçüncü mövsümünə start verib.

İctimai Birlikdən NUHÇIXAN-a bildiriblər ki, layihənin birinci regional seçim mərhələsi çərçivəsində oktyabrın 27-də Bakı şəhəri və bir gün sonra isə Quba-Xaçmaz iqtisadi rayonu üzrə zona turnirləri təşkil olunacaq. Bakı şəhəri üzrə zona turniri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında, digər tədbir isə Quba şəhərindəki Gənclər Mərkəzində keçiriləcək.

Dekabrın 15-dək davam edəcək “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin üçüncü mövsümündə gənclər “Nə? Harada? Nə zaman?”, “Xəmsə”, “Vətəni tanı” və “AxtarTap” intellektual yarışları üzrə mübarizə aparacaqlar. 2016-cı və 2017-ci illərdə keçirilən layihələr ümumilikdə üç mindən artıq gənci əhatə edib.

Layihənin birinci mərhələsində digər regionlarla yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə seçim turları, ikinci mərhələdə isə final yarışlarının keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə respublika üzrə 62, həmçinin Bakının 11 rayonu üzrə regional yarışlar təşkil ediləcək. Yekunda keçiriləcək final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: