Azərbaycanın energetika naziri İranda səfərdədir

76

Tehranın Sərgilər Mərkəzində XXIII Beynəlxalq Neft-Qaz və Neft-Kimya Sərgisi açılıb. Sərginin açılış mərasimində İranda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edib.

NUHÇIXAN xəbər verir ki, İranın dövlət rəsmilərinin iştirakı ilə açılan sərgidə 1200 yerli və 880 xarici şirkət təmsil olunub. Mayın 9-dək davam edəcək sərgidə Azərbaycanı SOCAR təmsil edir. Azərbaycanla yanaşı sərgidə İspaniya, Almaniya, Türkiyə, Yaponiya, Finlandiya, Qazaxıstan, İsveç, Rusiya və başqa ölkələrin şirkətləri öz məhsullarını sərgiləyir və xidmətlərini təqdim edir.

İrana səfəri çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu ölkənin neft naziri Bijən Namdar Zəngənə ilə görüşüb.

Görüşdə digər sahələrdə olduğu kimi enerji sahəsində də Azərbaycan ilə İranın əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Nəzərə çatdırılıb ki, Xəzər dənizində müvafiq blokların birgə işlənməsi ilə bağlı imzalanan sənəd hər iki dövlətin enerji sahəsinin inkişafına öz töhfəsini verəcək.

Söhbət zamanı iki dövlət arasında neft-qaz, energetika sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: