Azərbaycanın dövlət rəmzləri ilə bağlı mobil tətbiqetmə yaradılıb

224

NUHÇIXAN xəbər verir ki, “Praksis” Sosial İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanla bağlı xarici resurslarda yayımlanan məlumatların monitorinqi və dövlət rəmzləri ilə bağlı mobil tətbiqetmənin yaradılması” adlı layihəni həyata keçirib.

Bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərdə, yarışmalarda, sosial şəbəkələrdə həqiqi olmayan Azərbaycan xəritəsi, bayrağı və ya gerbindən istifadə edilir. Belə ki, axtarış sistemlərində xarici dillərdə “Azərbaycan xəritəsi” yazdıqda bir çox yanlış məlumatlarla qarşılaşırıq. Xarici resurslarda, xüsusilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həqiqəti əks etdirməyən məlumatların çoxluğuna görə əsasən Dağlıq Qarabağ və ya Naxçıvanın yer almadığı xəritələr işlədilir.

Həyata keçirilən layihənin əsas nəticəsi Azərbaycan rəmzləri ilə bağlı xarici resursların monitorinqi, həqiqi Azərbaycan xəritəsi, bayrağı və gerbinin müxtəlif formatlarda əks edildiyi mobil tətbiqetmə resursunun hazırlanmasından ibarətdir. Layihə beynəlxalq təbəqəni əhatə etdiyi üçün mobil tətbiqetmə ingilis dilində hazırlanıb. Bu proqram vasitəsilə istifadəçilər həqiqi Azərbaycan xəritəsi, gerbi, bayrağı və himni ilə tanış ola bilər.

Qeyd edək ki, bu proqramın veb-resursu da mövcuddur. Axtarış sistemlərində “real Azerbaijan map” yazdıqda ilk səhifə azemap.com səhifəsi çıxır. İctimai Birliyin növbəti hədəflərindən biri isə axtarış sistemlərində bu mövzu ilə bağlı qarşılaşdığımız yanlış məlumatların qarşısını almaq, onlara qarşı mübarizə aparacağımız resurslar hazırlamaqdır.

“Praksis” təşkilatı QHT Şurasının dəstəyi ilə virtual mübarizəyə qoşularaq saxta məlumatların olduğu resursları aşkar etmək, həqiqi məlumatların yer aldığı müxtəlif dillərdə resursların sayını çoxaltmağı hədəfləyir.

Yükləmək üçün – https://play.google.com/store/apps/details?id=azemap.com

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: