Oktyabrın 19-da Prezident İlham Əliyev Azərbaycanın bir qrup energetikinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Ağasiyev İlham Əlibaba oğlu
Əliyev Ələkbər Məlik Məmməd oğlu
Xəlilov Seyfəddin Heydər oğlu”.