Azərbaycanın bədii gimnastika komandası Dünya Kubokunda 3 medal qazanıb

58

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Portuqaliyanın Portiman şəhərindəki “Challenge” seriyalı Dünya Kubokunda 3 medal qazanıb.

NUHÇIXAN-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət “5-lik” ilk olaraq, çoxnövçülükdə fərqlənib. Onlar iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər.

Bu komanda iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin edib. Həlledici mərhələdə “5-liy”in halqalarla nümayiş etdirdiyi kompozisiya gümüş medalla mükafatlandırılıb.

Top və iplərlə final proqramında isə onlar qızıl medala yiyələnərək, Azərbaycan himnini Portuqaliyada səsləndiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: